Qurban Qurbanov: "Meydanda maraqlı mübarizə olacaq"

Azərbaycan çempionu "Qarabağ" sabah Avropa Liqasının pley-off mərhələsinin "Olimpiya" ilə ilk oyununa çıxacaq.

Newsport.az-ın məlumatına görə, Qurban Qurbanov oyundan öncə sabah keçiriləcək görüşlə bağlı fikirlərini bildirib:

"Olimpiya" ilə oyuna hazırlaşmaq üçün bir neçə günümüz oldu. Çalışdıq ki, bu günlərdən düzgün istifadə edək. Futbolçularımın təcrübəsi yorğunluğu aradan qaldırmağa kömək edəcək, yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər. Meydanda maraqlı mübarizə olacaq. "Olimpiya" yaxşı futbolçulardan ibarət komandadır. Rəqibdə bəzən sistem dəyişir. Onların meydanda hansı sistemdən istifadə edəcəyini görəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right