Julio Romao: "Daha da irəli gedəcəyik"

"Matçın çətin keçəcəyini əvvəldən bilirdik. Bu günlər ərzində necə hazırlaşdığımızı meydanda göstərə bildik".

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Julio Romao Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə səfərdəki cavab oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.

Ağdam təmsilçisi ilk görüşdə olduğu kimi, bugünkü oyunda da rəqibinə 2:1 hesabı ilə qalib gəlib və pley-offa adlayıb. 25 yaşlı yarımmüdafiəçi buna görə qürurlu olduqlarını söyləyib: "Anlayırıq ki, rəqib üçün çətin oldu. Çünki azlıqda qaldılar. Belə halda oynamaq çox çətindir. Amma onsuz da bir yaxşı çıxış edirdik. Qələbə qazandığımız üçün çox qürurluyuq"

O, pley-off mərhələsində "Olimpiya"ya qarşı keçirəcəkləri oyunlar haqqında da fikirlərini bölüşüb: "Avrokuboklarda asan matç olmur. "Olimpiya" ilə görüşlərin də çətin keçəcəyini düşünürəm. Ümid edirəm ki, bu oyunlarda da yaxşı çıxış edərək daha da irəli gedəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right