"Helsinki"nin qapıçısı: "Qarabağ"ı öz meydanımızda məğlub edə bilərik"

Finlandiyanın "Helsinki" klubunun qapıçısı Yesse Est Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"a Bakıdakı məğlubiyyəti (1:2) şərh edib.

Newsport.az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən finlandiyalı qolkiper evdəki görüşdə daha çox mübarizə aparmalı olduqlarını deyib:

"Məğlubiyyət üzücüdür. Qələbəyə yaxın idik, amma etdiyimiz hər şey bunun üçün kifayət etmədi. Bununla belə, cavab oyunu ərəfəsində hələ də yaxşı şanslarımız var. "Qarabağ"ı öz meydanımızda məğlub edə bilərik. Ancaq ev oyununda daha çox risk etməli və mübarizə aparmalı olacağıq. Topa sahib olub, onu saxlayan kimi qol epizodları yaratmağı bacardıq. Gəlin “Qarabağ”ın futbolçularını Helsinkidə qaçmağa vadar edək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right