"Qarabağ"la matçdan əvvəl "Nant"da ciddi itkilər

"Nant" Avropa Liqası qrup mərhələsi 5-ci turunun "Qarabağ"la matçına itkilərlə çıxa bilər.

Newsport.az-ın məlumatına görə, Fransa klubunun futbolçuları Şarl Traore və Fabio zədəlidir. Bu barədə baş məşqçi Antuan Kombuare məlumat verib. Hər iki oyunçu Liqa 1-in 12-ci turunun "Nitsa" ilə oyununda iştirak etməyəcək.

Qeyd edək ki, "Nant" sabah Fransa çempionatında "Nitsa"nın qonağı olacaq. "Sarı-yaşıllar" 27 oktyabr tarixində isə "Qarabağ"ı qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right