"Nant" "Qarabağ" qarşısına yeni baş məşqçi ilə çıxa bilər

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Nant"da baş məşqçi dəyişikliyi baş verə bilər.

Newsport.az-ın məlumatına görə, klub rəhbərliyi Antuan Kambuareni baş məşqçi postundan göndərmək niyyətindədi.

Buna səbəb isə komandanın uğursuz çıxışlarıdı.

Fransa çempionatının növbəti turunda "Brest"lə qarşılaşacaq "Nant" məğlub olacağı təqdirdə 59 yaşlı mütəxəssis istefaya göndəriləcək.

"Nant" daxili və avrokubok oyunları olmaqla son 7 görüşdə qalib gələ bilməyib.

“Nant” və “Qarabağ” klubları arasında keçiriləcək matç oktyabrın 27-də Fransada keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right