"Qarabağ"ın futbolçusu: "Bu gün idealım olan birinə qarşı oynadım"

"Qarabağ" Avropa Liqası qrup ərhələsinin dördüncü turunun matçında doğma meydanda "Olimpiakos"la 0:0 hesablı heç-heçə edib.

Newsport.az-ın məlumatına görə, matçdan sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Julio Romao jurnalistlərin suallarını cavablandırıb:

- Çətin matç olacağını əvvəlcədən bilirdik. Həqiqətən də oyun çətin keçdi. Səfərdəki qarşılaşma ilə müqayisədə bir az fərqli oldu. Təbii ki, rəqibə hörmətlə yanaşırdıq. "Olimpiakos" tarixi olan klubdur. Oyunu qələbə ilə bitirə bilərdik. Bunun üçün şansımız oldu. Alınmadı. Gələcəyə baxmaq lazımdır. Ümid edirik ki, qarşıdakı matçlarda daha yaxşı nəticələr qazanacağıq. 

- 4 oyundan sonra 7 xalı uğurlu nəticə hesab edirsən?

- Ümumi götürəndə əlbəttə pis nəticə deyil. Daha çox da yığa bilərdik. Üzərimizdə işləməliyik. Yaxşı olacağına ümid edirəm.

- Oyundan sonra Marselo ilə görüşdün. Şəxsi tanışlığınız var?

- Xeyr, şəxsi tanışlığımız yox idi. Sadəcə olaraq o da Rio De Janeyrodandır, mən də. Həm də nəzərə alaq ki, o, bir futbol əfsanəsidir. Çox qürur duyuram. Az da olsa, indi məni tanıyır. Ona qarşı oynadığım üçün fəxr edirəm.

- Təsəvvür edərdin ki, nə vaxtsa Marseloya qarşı oynayacaqsan?

- Bütün idmançılar kimi mənim də karyerama başlayanda arzum var idi ki, bir gün əfsanəvi futbolçulara qarşı oynayım. Amma bu qədər tez olacağını bilmirdim. "Santa Klara"da idim. Mövsüm öncəsi birdən-birə belə təklif gəldi. Ötən həftə və bu gün ideallarımdan olan birinə qarşı oynadım. Hadisələrin bu qədər tez cərəyan etməsini gözləmirdim.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right