"Görünür, təhlükəsizlik xidməti yaxşı işləmir, insanların əsəbləri ilə oynayırlar"

Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda keçirilən "Düdelanj” və "Qarabağ” qarşılamasında baş verən erməni təxribatı birinci deyil. Dəfələrlə belə hadisələr olub.

Newsport.az saytının məlumatına görə, bunu Milli Məclisin deputatı, Ağdam klubunun sabiq prezidenti Aqil Abbas deyib.

Millət vəkilini sözlərinə görə, ermənilər belə təxribatlarla komandanı ruhdan salmağa çalışırlar. "İnsanların əsəbləri ilə oynayırlar. Bu dəfə ermənilər dronla stadiona girib, nənələrinin tumanını, əski parçasını endiriblər. Ora bomba da endirə bilərdilər, böyük faciə olardı. Görünür, orada təhlükəsizlik xidməti yaxşı işləmir. Bu hadisənin nəticəsində ermənilər də cavablarını alacaqlar".

A.Abbas qeyd edib ki, bu məsələ mütləq araşdırılacaq, Luksemburq klubu və əski parçasını stadiona gətirənlər cəzalandırılacaq.

"Düdelanj” - "Qarabağ” matçının 31-ci dəqiqəsində dron vasitəsilə stadionun üzərinə Qarabağ separatçılarının qondarma "bayrağı" gətirilib. Futbolçularımız buna qəti etirazlarını bildiriblər. Meydanda gərgin anlar yaşanıb. Qarşılaşmanın baş hakimi bu səbəbdən oyunu dayandırıb. Görüş 30 dəqiqəlik fasilədən sonra bərpa edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right