"Finala qədər irəliləmək istəyirik" - "Sportinq"in futbolçusu

"Çox yaxşı oynadıq. Topu itirən kimi geri qaytardıq. Hesabı erkən açdıq. Amma rəqibin hesabı bərabərləşdirməyinə imkan yaratdıq.  Sonra isə yaxşı oynayaraq oyuna nəzarəti ələ keçirdik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sportinq"in futbolçusu Nemanya Qudel Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Portuqaliya mətbuatına deyib.

"Əlbəttə, finala qədər irəliləmək istəyirik. Əla komandamız var və yaxşı futbol nümayiş etdiririk. Hər məşqçinin öz fikirləri var. Yeni baş məşqçimiz topu itirdikdən sonra 5 saniyə içində geri almağımızı tələb edir" - deyə o bildirib.

Qeyd edək ki, N.Qudel "Qarabağ"la dünənki matçda 90 dəqiqə meydanda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right