"Qarabağ" azarkeşlərə müraciət etdi

"Qarabağ" Avroliqanın "pley-off" mərhələsində İsveçin "Göteborg" klubu ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, rəqib müəyyənləşəndən sonra azarkeşlər 18 qat İsveç çempionunun rəsmi facebook səhifəsində rəqibi təhqir edən rəylər yazırlar.

"Qarabağ"ın bununla bağlı azarkeşlərinə müraciətini sizə təqdim edirik: 

Azarkeşlərimizdən xahiş edirik ki, rəqibimiz “Göteburg”un sosial şəbəkə hesablarında qeyri-etik və təhqiramiz ifadələrdən istifadə etməyək. Rəqibə öz yüksək mədəniyyətimizi nümayiş etdirərək nümunə olaq. Bu xahişimizi anlayış və diqqətlə qarşılaşacağınıza əminik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right