"Bayer"in futbolçusu "Qarabağ"la matç haqda: "Fasilədə düşündük ki, qalib gələ bilməyəcəyik"

Almaniyanın "Bayer" klubunun yarımmüdafiəçisi Robert Andrix Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ”la Bakıda keçirilən ilk oyunundakı (2:2) heç-heçəni şərh edib.

Newsport.az xəbər verir ki, “Kicker”ə danışan almaniyalı futbolçu Ağdam klubu haqda xoş fikirlər səsləndirib:

"Biz o qədər də yaxşı deyildik. Amma “Qarabağ” çox yaxşı oynadı. Oyunun ilk 60-70 dəqiqəsində 120 faiz güc sərf etdilər. Biz ləng idik və kifayət qədər aqressiv deyildik. Ancaq rəqib əks-hücumlarda Şansını gözləyirdi. Fasilə zamanı düşündük ki, bu görüşdə qalib gələ bilməyəcəyik, amma evə yaxşı nəticə ilə qayıtmalıyıq. İki qol vurararaq məğlubiyyətdən qaçmağımız, komandanın ruhundan xəbər verir".

Qeyd edək ki, cavab görüşü martın 17-də Leverkuzendə baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right