Almaniya mətbuatı: "Alonso ona "Qarabağ"la Bakıdakı oyunda start heyətində yer verəcək?"

Almaniya mətbuatı “Bayer”in argentinalı yarımmüdafiəçisi Ezekyel Palasiosun zədədən qayıtması haqda yazarkən, onun Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ”a qarşı ilk oyununda əsas heyətdə yer almaq ehtimalına da toxunublar.

Newsport.az xəbər verir ki, “Kicker” nəşri argentinalı barədə bunları qeyd edib: 

"Omba nahiyəsindən aldığı zədə səbəbindən Palasios altı oyun komandasının matçlarını kənardan izləməli oldu. Amma indi görünən odur ki, o, yenidən işinə qayıdacaq, "Köln"ə qarşı keçiriləcək oyun üçün heyətdə yer alacaq. Xabi Alonsonun "Köln"ə qarşı güclü hücumameyilli yarımmüdafiə xəttini necə planlaşdıracağı hələ də bəlli deyil. Gərgin və qızğın keçəcəyi ehtimal olunan bu duelə Alonso ilk dəqiqələrdən Palasiosu atmalıdır? Yoxsa o, hələlik argentinalını ehtiyat oyunçular skamyasında saxlayıb, bəlkə ona gələn cümə axşamı Avropa Liqasının 1/8 final mərhələsinin Bakıda keçiriləcək "Qarabağ”la ilk matçında start heyətində yer verəcək? Hələ ki, bilməz olmaz".

Qeyd edək ki, "Qarabağ" - "Bayer" matçı martın 7-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right