"Hekkken"in kapitanı: "Qarabağ"ın heyətində yaxşı oyunçuların sayı çoxdur"

"Hekken"in kapitanı Samuel Gustafson Avropa Liqası qrup mərhələsinin "Qarabağ"la matçından öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Newsport.az 28 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

- Qrupdan çıxmaq şansınız qalmayıb. Belə olan halda oyuna necə motivasiya olursunuz?

- Baş məşqçi elə komanda formalaşdırıb ki, hamı bir-birinə dəstək olur. Hər gün daha yaxşı olmaq istəyirik. Hazırda xalımız yoxdur. Sabah bu göstəricini dəyişdirmək istəyirik.

- "Qarabağ"da hansı futbolçu digərlərindən fərqlənir?

- Onların heyətində yaxşı oyunçuların sayı çoxdur. Həm milli komandada çıxış edən yerli futbolçular, həm də legionerlər. Yankoviçi qeyd edərdim. Sağ cinah yarımmüdafiəçisini də qeyd edərdim.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right