Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, bütün cavab oyunları eyni gündə keçirilib.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb) PAOK-un qonağı olub. İlk oyunda 2:0 hesabı ilə qalib gələn "Dinamo" bu dəfə 1:5 hesabı ilə uduzub. Nəticədə Zaqreb təmsilçisi turnirdə mübarizəni dayandırıb. M.Emreli zədəli olduğu üçün görüşün iştirak ərizəsinə daxil edilməyib.
"Fənərbaxça" isə evdə "Yunion"u qəbul edib. İstanbul təmsilçisi 0:1 hesabı ilə məğlub olub. Lakin "Fənərbaxça" ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyi üçün 1/4 finala adlayıb.
Həmçinin "Fiorentina", "Viktoriya", "Olimpiakos", "Lill", "Aston Villa" və "Brügge" də 1/4 finala vəsiqə qazanıb.
1/4 final mərhələsinin püşkatma mərasimi sabah keçiriləcək.
Konfrans Liqası, 1/8 final mərhələsi, cavab oyunları
14 mart
21:45 "Fənərbaxça" (Türkiyə) - "Yunion" (Belçika) - 0:1
Qol: Rasmussen, 68
İlk oyun - 3:0
21:45. PAOK (Yunanıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 5:1
Qollar: Baba, 27, Suçiç, 33-avtoqol, Brendon, 42, Kulirakis, 72, Zivkoviç, 88-pen. - Xoxa, 49
İlk oyun - 0:2
21:45. "Fiorentina" (İtaliya) - "Makkabi" (Hayfa, İsrail) - 1:1
Qollar: Barak, 59 - Xalaili, 88
İlk oyun - 4:3
21:45. "Viktoriya" (Çexiya) - "Servett" (İsveçrə) - 0:0 (Penaltilər seriyası - 3:1)
İlk oyun - 0:0
"Brügge" (Belçika) - "Molde" (Norveç) - 3:0
Qollar: Olsen, 45+1; 48. Skoras, 70.
İlk oyun 1:2
"Aston Villa" (İngiltərə) - "Ayaks" (Niderland) - 4:0
Qollar: Uotkins, 25. Beyli, 60. Duran, 75. Diabi, 81.
İlk oyun 0:0
"Lill" (Fransa) - "Şturm" (Avstriya) - 1:1
Qollar: T.Santos, 43 – Byeret, 45+2.
İlk oyun 3:0
"Makkabi" (Təl-Əviv, İsrail) - "Olimpiakos" (Yunanıstan) - 1:6
Qollar: Zahavi, 57-pen – Podense, 10. Fortunis, 36. El Kaabi, 45+3; 65. Yovetiç, 93.
İlk oyun 4:1