"Bavariya"nın daha bir futbolçusu "Qalatasaray"a qarşı oynamayacaq

Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Leon Qoretska sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçi Bundesliqanın 8-ci turunun "Maynts"la matçında (3:1) zədələnib.

Almaniya millisinin üzvü Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la keçiriləcək hər iki oyunu buraxacaq.

Qeyd edək ki, Serji Qnabri, Dayo Upamenako, Rafael Qerroyro və Nussair Mazrui idə zədə səbəbindən İstanbul təmsilçisinə qarşı oynamayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right