"Qarabağ" "Kopenhagen"dən güclü komandadır" - "Rakov"un futbolçusu

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında "Rakov" Polşada "Kopenhafen"lə qarşılaşıb.

Newsport.az-ın məlumatına görə, Çenstohova təmsilçisi Danimarka komandasına 0:1 hesabı ilə uduzub. Oyundan sonra "Rakov"un ulduzlarından olan Fran Tüdor yerli jurnalistlərə açıqlama verib.

27 yaşlı xorvat yarımmüdafiəçi bildirib ki, komandası istədiyi oyunu nümayiş etdirə bilməyib: "Mən də bilmirəm ki, birinci hissədə nə baş verdi. Fikrimcə, daha yaxşı oynaya bilərdik. "Kopenhagen"ə hörmət edirik. Növbəti matçda sübut etməliyik ki, rəqibdən daha güclüyük".

F.Tüdor həmçinin ikinci mərhələdə mübarizədən kənarlaşdırdıqları "Qarabağ"la Kopenhagen" arasında müqayisə aparıb: "Danimarka komandasına böyük hörmətimi ifadə etməklə yanaşı qeyd etməliyəm ki, "Qarabağ" onlardan daha güclü komandadır. Mən "Kopenhagen"lə oyunda hiss etdim ki, bizim növbəti mərhələyə keçmək şansımız var. Heyf ki, biz doğma meydanımız Çenstohovada oynamadıq (matç Polşanın başqa bir şəhəri Sosnovetsdə keçirilib. "Rakov"un stadionu ÇL-in pley-off və qrup matçları tələblərinə cavab vermir - red.). Biz orada özümüzü daha yaxşı hiss edirdik. Odur ki, ora hər iki komanda üçün neytral meydan kimi idi".

Qeyd edək ki, "Rakov"la "Kopenhagen" arasında cavab görüşü avqustun 30-da keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right