"Rakuv"un baş məşqçisi: "Aris" "Qarabağ" qədər aqressiv komanda deyil"

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Aris"lə ilk oyunu ərəfəsində "Rakuv"un baş məşqçisi David Şvarqa Limassol klubunu rəqibini "Qarabağ"la müqayisə edib.

Newsport.az-ın məlumatına görə, polşalı mütəxəssis Ağdam klubunun daha güclü olduğunu bildirib:

"Aris" fərqli komandadır, öz üstünlükləri var. “Qarabağ” oyun baxımından daha aqressivdir, həm də topa daha çox sahibdir. “Aris” “Qarabağ” qədər aqressiv komanda deyil. Azərbaycan təmsilçisi bu mənada “Aris”dən qat-qat üstündür. Kipr klubu əks-hücumlarda təhlükəlidir, lakin müdafiədə daha etibarlıdır”.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Rakuv”a ümumi hesabda uduzmuşdu (2:3, 1:1).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right