“Mançester Siti” finalda ciddi itki ilə üzləşdi

İngiltərənin “Mançester Siti” klubu İtaliya “İnter”inə qarşı UEFA Çempionlar Liqasının final oyununda ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, “şəhərlilər”in yarımmüdafiəçisi Kevin De Bruyne zədələnib.

Əzələsi dartılan belçikalı futbolçu 36-cı dəqiqədə Fil Fodenlə əvəzlənib.

Hazırda ikinci hissəsi oynanılan matçda hesab açılmayıb.

Qeyd edək ki, Kevin De Bruyne 2 il öncə “Çelsi”yə qarşı keçirdikləri Çempionlar Liqasının final matçında da zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi. O zaman belçikalı futbolçunun komandası 0:1 hesabıyla uduzaraq ikinci yerlə kifayətlənmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right