ÇL-in ən yaxşı oyunçusu seçildi

"Barselona"nın yarımmüdafiəçisi Aytana Bonmati 2022/2023 mövsümündə qadınlar arasında keçirilən Çempionlar Liqasında ilin ən yaxşı oyunçusu seçilib. 

Newsport.az-ın məlumatına görə, Bonmati bu mövsüm 5 qol vurub və 8 məhsuldar ötürmə edib. O, turnirin ən yaxşı məhsuldar ötürmə edən və effektiv hərəkətlərinin sayına görə lider olub (13).

Bonmati daha əvvəl "Barselona"nın "Çelsi"ni 4:0 hesabı ilə məğlub etdiyi 2021-ci ilin finalında da ilin oyunçusu seçilmişdi. Bu mövsüm isə o, Kataloniya klubunun "Volfsburq"u məğlub etməsinə yardımçı olub. 25 yaşlı yarımmüdafiəçi "Barsa" yetirməsidir və 2016-cı ildən əsas komandada çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right