Erlinq Holland ÇL-dəki ən yaddaqalan qolunu açıqlandı

"Mançester Siti"nin hücumçusu Erlinq Holland Çempionlar Liqasında 2022/2023 mövsümdəki ən yaddaqalan qolu barədə danışıb.

Newsport.az-ın məlumatına görə, UEFA-ya açıqlama verən norveçli forvard sabiq komandası ilə görüşdə vurduğu qolu xatırlayıb:

"Çempionlar Liqasında ən yaddaqalan qolum hansıdır? "Borussiya"ya vurduğum qol ən yaxşısıydı. Mən həmişə belə qol vurmaq istəyirdim. Onun tora uçaraq necə daxil olduğunu görmək çox xoş oldu. Bundan əlavə, bu, oyunun bütün aspektlərində güclü olan fantastik komanda ilə qrup mərhələsi matçında həqiqətən vacib bir qol idi". 

"Mançester Siti" G qrupunun "Borussiya" ilə oyununda rəqibinə Con Stounz(84) və Erlinq Hollandın (84) qolları ilə 2:1 qalib gəlib.

Əlavə edək ki, Çempionlar Liqasında bu mövsüm 10 oyun keçirən Erlinq 12 qol vurub, bir məhsuldar ötürmə edib. Final görüşü sabah “İnter” və “Mançester Siti” arasında keçiriləcək. Görüşə 23:00-da start veriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right