Çempionlar Liqası: "Qarabağ"ın bütün potensial rəqibləri bəlli oldu

Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. 

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi "səpələnmişlər" səbətində yer alacaq. Qurban Qurbanovun komandasının artıq bütün potensial rəqibləri müəyyənləşib. "Qarabağ"ın rəqibi "səpələnməmişlər" səbətində yer alan komandalardan biri olacaq.

"Səpələnməmişlər": “Linkoln Red İmps” (Cəbəllütariq), “Ki Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakov” (Polşa), “Partizani” (Albaniya), “Hakken” (İsveç), “Farul”(Rumıniya), “Valmiera” (Latviya), “Balkani” (Kosovo), “Larn” (Şimali İrlandiya), “Hamrun Spartans” (Malta), “Svift” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya).

İlkin mərhələnin qalibi: “Buduçnost” (Monteneqro), “Breydablik” (İslandiya), “Tre Penne” (San Marino), “Atletik”in Andorra).

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right