Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarının ən yaxşı oyunçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, həftənin ən yaxşısı adına "Real"ın futbolçusu Federiko Valverde layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Uruqvaylı yarımmüdafiəçi səsvermədə Rafael Leao ("Milan"), Kevin De Brüyne ("Mançester Siti") və Lautaro Martinesi ("İnter") qabaqlayıb.

Qeyd edək ki, Federiko Valverde "Real"ın "Çelsi"ni 2:0 hesabı ilə məğlub etdiyi görüşdə 90 dəqiqə meydanda olub. 24 yaşlı futbolçu komandasının ikinci qolunun məhsuldar ötürməsini edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right