Klopp: "Bu, əsl Çempionlar Liqasıdır"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkündə "Real"la düşmələri haqda danışıb.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis ÇL-in son qalibi ilə bağlı deyib: "Bu püşkatma ilə bağlı deyə biləcəyimiz ilk şey odur ki, bu, əsl Çempionlar Liqasıdır. Biz son bir neçə finalda "Real"la oynamışıq. İki klub arasında iki matçın oynanıldığı duellər tez-tez olmur. Buna görə də bu qarşılaşmaları səbirsizliklə gözləyirik.

"Real "ın avrokuboklardakı nəticələri tarixin ən yaxşısıdır. Biz bunu bilirik. Amma biz də pis deyilik. Ev oyunlarını keçirdiymiz "Enfild"in gücünü hamı bilir. Matçlara hələ bir neçə ay var. Aacaq hər iki oyunda atmosferin necə olacağını təsəvvür edirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right