Çempionlar Liqası: Qrup mərhələsinin püşkatma tarixi məlum oldu

Çempionlar Liqası 2022/2023 mövsümünün qrup mərhələsinin püşkatma mərasiminin baş tutacağı vaxt məlum oldu.

Newsport.az-ın məlumatına görə, tədbir avqustun 25-də Türkiyənin İstanbul şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Məlumatı UEFA-nın mətbuat xidməti yayıb.

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" pley-off mərhələsində Çexiyanın "Viktoriya" klubunu mübarizədən kənarlaşdırsa, ÇL-in qrup mərhələsində iştirak edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right