"Qarabağ" azarkeşləri üçün şad xəbər: Əlavə 2500 bilet

"Qarabağ" Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Çexiyanın "Viktoriya" klubunu qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, bu matçda qonaq komandanın azarkeşləri stadionda olmayacaq. Plzen təmsilçisi "Qarabağ"a xəbər göndərərək bildirib ki, onların fanatları Bakıya gəlməyəcək.

Belə olan halda Ağdam təmsilçisi UEFA ilə danışdıqdan sonra qonaqlar üçün nəzərdə tutulmuş 2500 bileti də öz azarkeşləri üçün satışa çıxarıb.

Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" görüşü sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right