Ermənilər Çempionlar Liqası matçında təxribata əl atdı Foto

Ermənistanın "Pünik" klubu Çempionlar Liqası III təsnifat mərhələsinin cavab oyununda Serbiya "Srvena Zvezda"sını qəbul edib.

Newsport.az-ın məlumatına görə, matç zamanı ermənilər təxribata əl atıb. Yerli fanatlar stadionda “Qarabağ Ermənistandır, Kosovo Serbiyadır” yazılmış pankart açıblar.

Qeyd edək ki, qarşılaşma "Pünik"in 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. İki oyunun nəticəsinə görə 7:0 hesablı üstünlük əldə edən "Srvena Zvezda" pley-offa yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right