“Çempionlar Liqasının qrupunda oynamaq istəyirəm” - Zubir

“Bizim üçün çox vacib oyun oldu. Birinci hissədə əlimizə dîşən ilk imkandan istifadə etdik. Daha sonra da yaxşı fürsətlərimiz oldu. İkinci hissədə də açıq oyun getdi və çoxlu qol imkanları əldə etdik. Hesab bizim xeyrimizə olduğu üçün mübarizə aparmaq asan oldu”.

Newsport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir deyib.

O, “Ferentsvaroş”la cavab matçında qazandıqları qələbəni şərh edərkən bu qalibiyyətin çətin əldə oldunduğunu bildirib:

“Hesabı açdıqdan sonra bu bizə əlavə üstünluk verdi. Qələbə qazansaq da, rəqibin yaxşı imkanları var idi. Şanslar 50/50 idi”.

Zubir Çempionlar Liqasının fərqli turnir olduğunu bildirib:

“Futbolçuların arzusu idi ki, belə bir turnirdə iştirak etsin. Biz də bunu istəyirik. Məqsədimiz var və ümid edirəm ki, bunu reallaşdıracağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right