“Bizdən daha yaxşı komandaya uduzduq” – “Ferentsvaroş”un prezidenti

Macarıstan "Ferentsvaroş"unun prezidenti Qabor Kubatov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində evdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, özünün "Feysbuk" səhifəsində matçla bağlı yazıb: "Bu gün bizdən daha yaxşı komandaya uduzduq. Gələn həftə yaxşılaşacağıq. Həmişə mübarizə apar, heç vaxt təslim olma!".

Qeyd edək ki, "Ferentsvaroş" iki oyunun nəticəsinə əsasən "Qarabağ"a uduzaraq (1:1, 1:3) ÇL-də mübarizəni dayandırıb. Macarıstan təmsilçisi Avroliqanın pley-offunda iştirakına davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right