"Ferentsvaroş"un baş məşqçisi "Qarabağ"dan danışdı

"Müşahidəçilərimizdən biri İsveçrədə "Qarabağ"ın oyununda idi. O, rəqibi təhlil etməyə köməklik göstərəcək".

 

Newsport.az-ın məlumatına görə, bunu Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Stanislav Çerçesov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Qarabağ" haqqında danışarkən deyib.

 

59 yaşlı mütəxəssis hələlik yerli çempionatı düşündüklərini bildirib.

 

Rusiyalı baş məşqçi liqadakı ilk matçda yaxşı çıxış etməyin vacib olduğunu vurğulayıb.

 

Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü 2 və ya 3 avqustda evdə, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştddə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right