Bu klublar ÇL-də növbəti mərhələyə yüksəldilər

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab matçlarına start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 6 qarşılaşma keçirilib. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) "Şkupi"nin (Şimali Makedoniya) qonağı olub. Komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb. İkinci görüşdə  1:0 hesabı ilə qalib gələn "Dinamo" növbəti mərhələyə yüksəlib.

İlk matçı zədə səbəbindən buraxan Mahir bu oyunda da iştirak edə bilməyib.

UEFA Çempionlar Liqası

26 iyul

19:30. AEK (Larnaka, Kipr) - "Midtüllann" (Danimarka) - 1:1 (penaltilər seriyası - 3:4)
Qollar:
 Viktor Olatunci, 9 (1:0), Henrik Dalsqor, 12 (1:1)

İlk oyun - 1:1

21:00. "Şerif" (Moldova) - "Maribor" (Sloveniya) - 1:0

Qol: Momo Yansane, 89

İlk oyun - 0:0

21:00. "Viktoriya" (Plzen, Çexiya) - HİK (Finlandiya) - 5:0

Qollar: Lüdek Pernitsa, 11, Yan Sikora, 21, 73, Lukaş Heyda, 31, Yan Kliment, 84
İlk oyun - 2:1

21:30. "Düdelanj" (Lüksemburq) - "Pünik" (Ermənistan) - 1:4
Qollar:
 Mohsin Hassan, 21 (1:0), Juninyo, 24 (1:1), Luka Yuriçiç, 55 (1:2), Yusuf Otubanyo, 76 (1:3), Luka Yuriçiç, 85 (1:4)

İlk oyun - 1:0

23:00. "Şkupi" (Şimali Makedoniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:1

Qol: Ademi, 47

İlk oyun - 2:2

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Lüdoqorets" (Bolqarıstan) - 2:1

Qollar: Aaron Qrin, 21 (1:0), Aydomo Emahu, 88 (2:0), Kauli, 90+1 (2:1)

Qırmızı vərəqə: Manuel Kafumana, 51 ("Lüdoqorets")

İlk oyun - 0:3

27 iyul

20:00. "Bodo Qlimt" (Norveç)  - "Linfild" (Şimali İrlandiya)

İlk oyun - 0:1

21:00. "Zürix" (İsveçrə) - "Qarabağ" (Azərbaycan)

İlk oyun - 2:3

21:00. "Fənərbaxça" (Türkiyə)  - "Dinamo" (Kiyev, Ukrayna)

İlk oyun - 0:0

21:00. "Malmö" (İsveç) - "Jalgiris" (Litva)

İlk oyun - 0:1

22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Ferentsvaroş" (Macarıstan)

İlk oyun - 2:1

23:00. "Olimpiakos" (Yunanıstan) - "Makkabi" (Hayfa, İsrail)

İlk oyun - 1:1

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right