"Rusca bilirəm, amma Azərbaycan dilində cavab verəcəyəm”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə (İsveçrə) keçiriləcək cavab matçı üçün təşkil edilən mətbuat konfransında nümunəvi addımı ilə yadda qalıb.

Newsport.az-ın məlumatına görə, Sürixdəki mətbuat konfransında yerli jurnalistlərdən biri Qurbanova rus dilində sual verib və qeyd edib ki, rus dilində danışa bildiyinizi eşitmişəm. Baş məşqçi isə cavabında  "Rusca bilirəm, amma Azərbaycan dilində cavab verəcəyəm” deyib.

Sualı dinləyən çalışdırıcının cavabı Azərbaycan dilində olub.

Qeyd edək ki, sabah keçiriləcək "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə Ağdam təmsilçisi 3:2 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right