Mahirin komandası ÇL-in 3-cü təsnifat mərhələsində

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şkupi" (Şimali Makedoniya) ilə cavab oyununu keçirib. 

Newsport.az-ın məlumatına görə, Zaqreb təmsilçisi evdə 2:2 hesablı heç-heçə etdiyi rəqibi ilə bu dəfə səfərdə üz-üzə gəlib. "Todor Proeski Arena"dakı görüşdə "Dinamo" 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Komanda 3-cü təsnifat mərhələsində "Lüdoqorets"lə (Bolqarıstan) qarşılaşacaq. 

Zədə səbəbindən ilk oyunu buraxan Mahir bu qarşılaşmada da oynamayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

26 iyul

23:00. "Şkupi" (Şimali Makedoniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:1

Qol: Ademi, 47

Baş hakim: Yakob Kexlet (Danimarka)

"Todor Proeski Arena"

İlk oyun - 2:2





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right