"Qarabağ"la matçda "Sürix"dən birmənalı olaraq qələbə gözləmək lazım deyil"

İsveçrədə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Sürix” – “Qarabağ” matçı müzakirə edilib.

Newsport.az-ın məlumatına görə, yerli futbol mütəxəssisləri Mixa Zbinden və Mişi Vettşteyn "Sürix"in "Qarabağ"a keçirəcəyi oyundakı şanslarını yüksək dəyərləndirməyib.

Zbinden həmyerlilərinin Ağdam klubuna qarşı keçirəcəyi oyun barədə bunu deyib: "Franko Fodanın "Lütsern"ə qarşı matçda 4-4-2 sxeminə üstünlük verəcəyini gözləmək olardı. Amma "Sürix" futbolçularının buna sevindiyini düşünmürəm. Çünki ötən mövsüm onlar üçlü müdafiəçi ilə oynamağa üstünlük vermişdilər. Franko Foda hələ ki, "Sürix"in sükanı arxasında qalib gələ bilməyib. "Qarabağ"la matçda isə birmənalı olaraq "Sürix"dən qələbə gözləmək lazım deyil".

Vetşteynin İsveçrə çempionunun “Qarabağ”a qarşı matçı haqda gözləntiləri isə belə olub: "Şəxsən mənim üçün sistem məsələsi hazırda ikinci dərəcəlidir. Çünki komandanın bütün fikirləri indi yalnız Çempionlar Liqasının mərhələ adlaması ilə bağlı olmalıdı. Franko Foda bu həftə uğurlu olmalıdır: çərşənbə günü Letziqrundda "Qarabağ"a qarşı, şənbə günü Sent Qallendə. Bundan sonra ilk nəticələr çıxarmaq mümkün olacaq".

“Sürix” – “Qarabağ” matçı sabah Bakı vaxtilə 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right