Qurban Qurbanov: "İsveçrəyə böyük ümidlərlə gedirik"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Sürix"ə qarşı keçiriləcək cavab oyunu üçün İsveçrəyə yollanmamışdan qabaq Heydər Əliyev adına hava limanında jurnalistlərə açıqlama verib. 
Newsport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis cavab qarşılaşması öncəsi komandasının hazırlığından və İsveçrədəki matçda necə oynayacaqlarından danışıb: "Sürix" oyun üslubuna görə bizə uyğun olmayan rəqibdi. Hər bir halda Bakıda rəqibi daha yaxından tanıdıq. Səfərə böyük ümidlə gedirik. Bu komandaya qarşı sona kimi yaxşı mübarizəaparıb, ağıllı oyun qurmaq istəyirik. Ola bilər ki, risklərə gedək. Risklərə getmək lazım olacaq. Hər bir halda komandamın durumu pis deyil. Hazırlığımız yaxşı səviyyədədi. Oyuna iki günümüz qalıb. Onu da daha çox taktiki, texniki çalışmalara ayıracağıq".

"Sürix" - "Qarabağ" matçı iyulun 27-də Bakı vaxtı ilə saat 21:00-da oynanılacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right