Qara Qarayev "Sürix"lə matça hazırdı

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev zədəsini tam sağaldıb.

 

Ağdam təmsilçisinin mətbuat xidmətindən Newsport.az-a verilən məlumata görə, 30 yaşlı futbolçu komanda ilə birlikdə məşq edir. Təcrübəli oyunçu Çempionlar Liqası II təsnifat mərhələsinin "Sürix"lə cavab matçına tam hazırdı.

 

Qeyd edək ki, "Qarabağ" ilk matçda "Sürix"i 3:2 hesabı ilə məğlub edib. Komandalar arasında cavab qarşılaşması sabah İsveçrədə baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right