Mahir Emreli Şimali Makedoniyaya aparılmadı

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyununda "Şkupi"nin qonağı olacaq.

 

Newsport.az xəbər verir ki, 25 yaşlı forvard bu görüşdə iştirak etməyəcək. Zədəsi olan Emreli komanda ilə birlikdə Şimali Makedoniyaya aparılmayıb. Onunla birlikdə Yosip Şutalo, Marko Bulat və Bosko Şutalo da səfər heyətinə daxil edilməyib.

 

Qeyd edək ki, "Şkupi" - "Dinamo" qarşılaşması bu gecə Bakı vaxtilə saat 23:00-da start götürəcək. Komandalar arasında Xorvatiyada keçirilən ilk oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right