Ramin Musayev “Qarabağ”la İsveçrəyə getdi

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün İsveçrəyə yola düşüb.

Newsport.az-ın məlumatına görə, PFL rəhbəri Ağdam komandası ilə birgə - klubun təşkil etdiyi çarter reysi ilə Sürixə yollanıb. Səfərdə məqsəd “Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Sürix” - “Qarabağ” oyununu canlı izləməkdir.

Xatırladaq ki, bu görüş iyulun 27-də keçiriləcək. Komandaların Bakıdakı ilk oyununda “Qarabağ” 3:2 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right