Foda: "Artıq "Qarabağ"la oyuna hazırlaşmaq lazımdı"

"Sürix"in baş məşqçisi Franko Foda İsveçrə çempionatının ikinci turunun "Lütsern"lə oyunundan sonra danışıb.

Newsort.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:0 hesabı ilə başa çatan görüşdən sonra gələn həftə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Qarabağ"a qarşı cavab oyunu barədə bunları deyib:

"Bu mövsüm ilk dəfə qapımızı toxunulmaz saxlamağı bacardıq. "Lütsern"i məğlub etmək üçün enerjimiz və aktivliyimiz çatmadı. Bu görüş geridə qaldı. Artıq toparlanıb "Qarabağ"la cavab oyununa hazırlaşmaq lazımdı". (NAU)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right