Qara Qarayev "Sürix"lə cavab oyununa qədər hazır olacaq

"Qarabağ"ın zədəli futbolçusu Qara Qarayev məşqlərə başlayıb.

Bunu Newsport.az saytına verdiyi açıqlamada Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib. Klub rəsmisi 30 yaşlı yarımmüdafiəçinin "Sürix"lə cavab görüşünə kimi hazır olacağını deyib:

"Qara Qarayev komanda ilə tədricən məşq edir, tam şəkildə etmir. Sabah və ya birisi gün komanda ilə tam şəkildə məşqlərə başlayacağı gözlənilir. "Sürix"lə cavab matçına kimi zədəsini sağaldacağı ehtimalı böyükdür. Onun oynayıb-oynamayacağına baş məşqçi qərar verəcək".

Qeyd edək ki, Qara Qarayev zədə səbəbindən Çempionlar Liqası I təsnifat mərhələsinin "Lex"lə cavab oyununu (5:1) və II təsnifat mərhələsinin "Sürix"lə ilk matçını (3:2) buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right