İsveçrə mətbuatı: "Sürix"in Azərbaycan səfərindəki nəticəsi normal sayıla bilər"

İsveçrə mətbuatı Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Qarabağ" - "Sürix" matçından yazıb.

Newsport.az-ın məlumatına görə, Bluewin.ch portalı "Sürix"in Bakıdakı oyununu dəyərləndirib və növbəti mərhələ şanslarını qiymətləndirib:

"Çətin ilk səfər oyunundan sonra "Sürix"in hələ Çempionlar Liqasında mübarizəni davam etdirməsinə ümidi qalıb. “Qarabağ”a 2:3 hesablı məğlubiyyətdən sonra onlara yalnız qələbə lazımdı. "Sürix"in Azərbaycan səfərindəki nəticəsi normal sayıla bilər. Axı 2:3 hesabından sonra “Sürix” üçün bütün suallar açıq olaraq qalıb. Halbuki cavab oyunu öncəsi nəticə bir o qədər də ürəkaçan deyil.

Öz azarkeşləri qarşısında ilk raundda Polşa çempionu “Lex”i keçən “Qarabağ” ilk 45 dəqiqədə özünü “Sürix”ə göstərdi. Yalnız taktiki dəyişikliklər və aktivliyin əhəmiyyətli dərəcədə artması ən azı ikinci yarını daha balanslı keçirməyə, ümidverici nəticə əldə etməyə kömək etdi. Ötənilki Konfrans Liqasında Azərbaycan komandası ilə 0:0 bərabərə qalan "Bazel"dən fərqli olaraq, "Sürix" dərhal dağılmağa məcbur oldu. Qonaqların ilk on dəqiqədə iki yaxşı şansı oldu, bundan sonra braziliyalı Kadi kəskin bucaqdan dəqiq zərbə ilə Brexeri üstələdi.

20 dəqiqə sonra isə seneqallı İbrahima Vadji solo keçidini dəqiq zərbə ilə tamamlayaraq hesabı 2:0 etdi. Franko Foda bütün yeni oyunçuları ehtiyatda oturtmuşdu. Lakin fasilədə o, hərəkətə keçmək məcburiyyətində qaldı. Foda Şeyk Kondeni meydana buraxdı və oyunu daha balanslaşdıra biləcək bir neçə taktiki dəyişiklik etdi. 65-ci dəqiqədə Adrian Guerrero tərəfindən yerinə yetirilən cərimə zərbəsindən sonra Lindrit Kamberinin başla zərbəsi "Sürix"ə layiqli qol gətirdi. Lakin cəmi bir neçə saniyə ərzində Vadji Aliti yenidən aldadaraq ikinci qolunu vurdu. 85-ci dəqiqədə Mirlind Kruezio penaltini dəqiq yerinə yetirərək qonaqları mübarizəyə qaytardı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right