"3:3 daha ədalətli nəticə olardı" - "Sürix"in baş məşqçisi

Çempionlar Liqasında II təsnifat mərhələsinin “Qarabağ” – “Sürix” (3:2) oyunundan sonra təşkil edilən mətbuat konfransında İsveçrə klubunun baş məşqçisi Franko Foda jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- İlk hissədə üstünlük rəqibdə idi. “Qarabağ” təzyiq edirdi. 2 qol ədalətli nəticə idi. Amma fasilədən sonra yaxşı oynadıq. Təəssüf ki, qoldan sonra dərhal qapımızda top gördük. Ardınca yenə şanslarımız oldu. İlk hissəni “Qarabağ”ın, ikinci yarını öz hesabımıza yazardım.

- Matç ərzində bir neçə dəfə oyun planınızı dəyişdiz. “Qarabağ”ın təzyiqi sizi buna məcbur etdi?
- Hiss etdik ki, ilk yarıda “Qarabağ”ı saxlaya bilmirik. Təzyiq üdir və top saxlayırdılar. Məşqçi kimi buna reaksiya verməliydim. Fasilədən sonra taktiki sxemi dəyişdik və bu, öz nəticəsini verdi. “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevi xüsusi qeyd edə bilərəm, bir neçə yaxşı qurtarışı oldu. Düşünürəm ki, 3:3 daha ədalətli nəticə olardı.

- 2:3 hesablı məğlubiyyətə görə sevindiyiniz görünürdü. Cavab oyunu öncəsi şansları necə görürsüz?
- Komanda uduzanda sevinə bilmərəm. Nəticə ikinci oyundan sonra bilinəcək. Xırda detallar önəmli rol oynacaq.

- Demək olar ki, 3 qolun hamısını eyni küncdən buraxdız. Qapçınızın belə çıxışı sizi narahat etmir?
- Qollara baxmağa imkanım olmayıb. Sabah analiz edəcəyik. Mənim üçün əhəmiyyətli olan komandanın ikinci yarıda oyundan düşməməsi oldu. Bizdən fərqli olaraq “Qarabağ”ın istirahət və hazırlıq üçün daha çox vaxtı olacaq. Biz isə şənbə günü çempionat oyununa çıxacağıq. Azarkeşlərimiz qarşısında lazım olan nəticəni qazanacağımıza inanıram.

- Oyundan öncə analiz etdiyiniz “Qarabağ”dan meydanda hansı fərqliliklər gördüz?
- Yeni bir şey görmədim. “Qarabağ”ı analiz etdiyimiz kimi gördüm. Topla yaxşı davranan, təzyiq edən rəqib var idi. Öz komandam isə ilk yarıda çoxlu top itirirdi, bu da rəqibin üzərimizə gəlməsinə səbəb olurdu. İlk yarıda bir penalti epizodumuz da var idi, hakim vermədi. Təkrarına baxmaq lazımdır.

- Qoldan dərhal sonra qapınızda top gördüz. Bu, oyunun qırılma nöqtəsi idimi?
- Belə səhvlərə yol vermək olmaz. Müdafiədə çaşqınlıq oldu. Amma bunun həlledici olduğunu deməzdim.

- Hesab oyuna görə oldu?
- İkinci hissəni nəzərə alsaq, rəqib qapıçı çox yaxşı qurtarışlar etdi. 3:3 və ya 4:4 daha düzgün nəticə olardı.

- Havanın küləkli olması oyununuza necə təsir etdi?
- Bunun oyuna təsiri olmadı. Sürətli, yaxşı futbol oldu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right