"İndi məni "Qarabağ" və "Rudar" maraqlandırmır"

Ötən gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində ölkəmizi bu yarışda təmsil edən "Qarabağ"ın da potensial rəqibləri bəlli olub.
 
Newsport.az-ın məlumatına görə, ağdamlılar "Rudar" səddini adlasa, Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşmağa daha yaxındı.
 
Nəzərə alaq ki, son Şotlandiya çempionunun səfərdə evdə İslaniyanın "Styarnan" üzərində qazandığı 2:0 hesablı üstünlüyü əldən verəcəyi inandırıcı görünmür. Ancaq nədənsə "Seltik"ik çalışdırıcısı Ronni Deyla çox narahatdı. 
 
O, bu səbəbdən üçüncü təsnifat mərhələsinin püşkatmasını dəyərləndirmək istəməyib: "İlk öncə biz "Styarnan" səddini adlamalıq. Yalnız bundan sonra növbəti rəqib haqda düşünmək olar. Biz ilk oyunda olduğu kimi, İslandiyada baş tutacaq qarşılaşmada da yaxşı oyun nümayiş etdirməliyik. Mərhələ adlasaq, yalnız bundan sonra növbəti rəqib haqda düşünmək olar.Ancaq indi “Qarabağ” və “Rudar” məni maraqlandırmır".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right