Qurban Qurbanov: “Bizi “Ayaks” – PAOK matçı maraqlandırmır”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində səfərdə APOEL-ə qalib gəldikləri oyun (2:1) barədə supersport.az-a açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 47 yaşlı mütəxəsis cavab matçının daha çətin keçəcəyini deyib:

"Cavab oyununa da ciddi hazırlaşmalı, çox ehtiyatlı və diqqətli olmalıyıq. Rəqib güclüdür, ikinci matçda maksimum qüvvəsiylə uğur qazanmağa çalışacaq. Düşünürəm ki, Bakıdakı oyun daha çətin olacaq. Çempionlar Liqasında güclü komandalar mübarizə aparır. Dəfələrlə olub ki, ilk oyunda uduzan klub cavab görüşündə uğurlu nəticəylə istəyinə çatıb”.

Qurbanov ÇL-in pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibləri haqda sualı da cavablandırıb. O “Ayaks”- PAOK qarşılaşmasında hansı komandanı rəqib görmək istərdiniz” sualına belə cavab verib:

“Ümumiyyətlə, bu barədə düşünmək istəmirik. Üçüncü təsnifat mərhələsində ilk oyunu uğurla bitirmişik. Bütün diqqət cavab qarşılaşmasında olmalıdır. Bizi “Ayaks” – PAOK matçı maraqlandırmır”.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right