Qurban Qurbanov: "Bu, bizə mənfi təsir göstərir, rəqibə isə üstünlük yaradır"

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi...

- İlk oyunda rəqibi tanıdıq. Bizim üçün ciddi rəqibdi, oyun intizamı yüksəkdi, aqressiv müdafiə olunurlar. İlk matçda bizə çox çətinliklər yaratdılar. Sürətli əks-hücumlar qura bilirlər. “Partizani” bizim üçün o qədər də uyğun rəqib deyil. Ancaq belə komandalara qarşı əvvəllər də oyunlarımız olub. Onların açıqlamalarından da görünür ki, çox istəklidilər. Bizim üçün ağır oyun olacaq. Çalışacağıq ki, həddən artıq diqqətli və intizamlı oynayaq. Azarkeşlərimizi sevindirmək istəyirik.

- “Qarabağ” avrokuboklarda kifayət qədər təcrübəli sayılır. Bu amil sizin üçün üstünlükdü?
- Bəli, təcrübəmiz var. Bu, hardasa üstünlükdü. Ancaq həmişə məni narahat edən odu ki, uğurlardan sonra komandada hansısa turnirdə uğursuzluq baş verir. İstənilən halda, təcrübə bizə kömək eləməlidi. Digər tərəfdən, doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Təcrübə və səbir bizim uğur qazanmağımıza kömək olmalıdı.

- Matçın öyrəşmədiyiniz “Dalğa Arena”da olması çətinlik yaratmayacaq?
- Bu mövzu haqda çox danışmaq olar. Ancaq istəməzdim ki, fikirlər buna yönəlsin. Neçə ildi öz stadionumuzda oynaya bilmirik. Eyni meydanda oynamaq futbolçulara daha çox sərbəstlik gətirir. Bundan başqa, azarkeşlər də “Tofiq Bəhramov”a öyrəşib. Ancaq son illərdə bizim üçün uyğun olmayan hallar olur. Bu da bizə mənfi təsir göstərir, rəqibə isə üstünlük yaradır. Ancaq doğma Bakımızda oynayacağıq. Hamımız özümüzü oyuna tam hazır etməliyik. Lazım gəlsə, Respublika stadiponundakından daha aqressiv oynamalıyıq.

- Albaniya mətbuatı yazır ki, rəqib penaltilər seriyasına hazırlaşır...
- Belə hallar olur. Hər komanda buna hazır olmalıdı. Ancaq futolçulara bu haqda danışmamışam. Onlara oyunun vacibliyini anlatmışam. Penaltiləri düşünməsək, daha yaxşıdı. Ancaq buna da hazır planımız var.

- Geryenin gedişi qalmaqallı oldu. Əvvəlcə dedilər ki, razılıq var, sonra məşqlərə gəlmədi. Sonra o bildirdi ki, pul istədim, vermədilər deyə gəlmədim...
- Klub bu haqda məlumat yayıb. Qısaca deyim ki, Donald hətta burdan gedərkən biz razılaşmışdıq. Sonradan danışıqlar davam etdi. Gəlmə vaxtını da razılaşmışdıq. Sonda o, həmin müddətdə komandaya qoşulmadı. Beləcə, yollarımızı ayırdıq. Ona uğurlar arzuladıq. Öz adımdan da ona təşəkkür edirəm.

- Maliyyə məsələsi olubmu?
- Dərinə getməyə ehtiyac yoxdu. Fikirlərimi bildirdim.

- Arxa xətti kifayət qədər gücləndirdiz. Hücuma transferlər olacaqmı?
- Romeronu götürmüşük. Əvvəllər də demişdim ki, daim futbolçu axtarırıq. Uyğun gələn oyunçuları komandamıza götürürük. Yeni bir hücumçu ilə danışıqlar gedirdi (Maqaye Qeyeni nəzərdə tutur – red.). Sabah tibbi müayinədən keçəcək və müqavilə bağlanacaq.

- Hücum oyunçularınız azdı...
- Təkcə avrokubokları nəzərə almalı deyilik. Çempionatda limit var. Milli komandaya yerli oyunçular verməyə çalışmalıyıq. Limitə görə çempionatda bizə o qədər də asan olmur. Yeni transferdən sonra hücum xəttində heç də say azlığı olmur. Hər mövqedə 2 futbolçumuz var. Ancaq istənilən halda, Rəqabətin olmasını istəyirəm. Bu da hələlik alınmır. Maqaye Qeyenin də transfrini yekunlaşdırsaq, kifayət edəcək. Bundan sonra da istədiyimiz şərtlərdə futbolçu olsa, komandaya dəvət edəcəyik.

- Ailton Silvanın hazırkı forması necədi? Sabah ilk dəqiqələrdən oynamağa hazırdı?
- Tam optimal formasında deyil. Ancaq ilk dəqiqələrdən oynamaq ehtimalı var. Sabah səhər son məşqimiz olacaq, onun əsasında qərar verəcəyik.

- Start heyətində ilk matçla müqayisədə dəyişikliklər gözlənilir?
- Ola bilər. Sabah səhər son qərarı verəcəyik.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right