“Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik” - "Olimpiya”nın baş məşqçisi

“Hər ölkənin çempionu hörmətə layiqdir”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiya”nın baş məşqçisi İliya Stolitsa Sloveniya mətbuatına açıqlamasında deyib. 

Püşkü dəyərləndirən mütəxəssis “Qarabağ”ın çətin rəqib olduğunu bildirib: “Digər mümkün rəqiblərlə müqayisədə “Qarabağ” və APOEL daha çətin komandalar idi. Avrokuboklarda qalmaq üçün idman xoşbəxtliyinin də köməyi ilə mümkün olan hər şeyi edəcəyik. Amma sehrli çubuğumuz da yoxdur ki, qısa vaxt ərzində ciddi uğurlar qazanaq”. 

Ancaq Stolitsa Macarıstan çempionu “Videoton”la müqayisədə, “Qarabağ”la qarşılaşmağı daha çox arzuladığını söyləyib. Səbəbini isə bu cür izah edib: “Barabanda “Videoton” və “Qarabağ” klubları qalanda ikincinin bizimlə düşməyini arzulayırdım. Çünki Macarıstan çempionu maliyyə cəhətdən daha güclü və çətin  komandadır. Digər tərəfdən “Videoton”un baş məşqçisi ilə yaxşı dostluğumuz var və bir-birimizi çox gözəl tanıyırıq. Ona görə də bu komanda ilə qarşılaşmaq istəmirdim”.

Qeyd edək ki, “Qarabağ” və “Olimpiya” arasında ilk oyun iyulun 11-də Lyublyanada keçiriləcək və Bakı vaxtı ilə 22:00-da start götürəcək. Cavab görüşü isə iyulun 18-də Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right