"Çətin iki oyun olacaq" - Rəşad Sadıqov

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsininin püşkatmasını dəyərləndirib.

Newsport.az-ın klubun "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, “Olimpiya”nın Sloveniyada ötən mövsümün çempionu olduğunu xatırladan müdafiəçi ehtiyatlı danışıb:

"Çətin iki oyun olacaq. "Olimpiya"nın gücü bəllidir, ölkəsinin çempionudur. Ciddi hazırlaşmalıyıq. Bu tipli qarşılaşmalarda bir səhv həlledici olur. Əlimizdən gələnin maksimumunu etməyə çalışacağıq".

Qeyd edək ki, “Qarabağ” “Olimpiya” ilə ilk oyunu iyulun 11-də səfərdə keçirəcək. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right