"Məğlubiyyət bizim üçün soyuq duş oldu" Lionel Messi

UEFA Çempionlar Liqasının 1/4 final məhələsində səfərdə gözlənilmədən "Roma"ya məğlub olaraq mübarizəni dayandıran "Barselona"nın ulduz futbolçusu Lionel Messi görüşün ardından jurnalistlərlə fikirlərini bölüşüb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki. argentinalı hücumçu məğlubiyyətin onlar üçün soyuq duş təsiri bağışladığını bildirib: 

"Çempionlar Liqasında zəif klub olmur. Lakin ilk oyunda 1-4 qalib gəldiyimiz komandaya cavab qarşılaşmasında 3-0 hesabıyla məğlub olmağımız bizim üçün soyuq duş oldu. Mən və komanda yoldaşlarım çox məyusuq. "Roma" inanılmaz oyun sərgilədi. Bu məğlubiyyət göstərdi ki, klubda bəzi dəyişikliklər lazımdır".

Qeyd edək ki, İspaniya mətbuatının iddiasına görə, klubun baş məşqçisi Ernesto Valvede istefaya göndəriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right