"Bavariya" "Beşiktaş"la matça ciddi itkilərlə çıxacaq

"Bavariya"nın daha bir oyunçusu sıradan çıxıb.

Newsport.az xəbər verir ki, Almaniya Bundesliqasının 26-cı turu çərçivəsində, “Hamburq”la oyun zamanı (6:0) zədə alan Korenten Tolisso uzun müddət komandasına kömək edə bilməyəcək. 

Bununla da, Kinqsli Koman və Manuel Noyerin ardından, Tolisso da Çempionlar Liqasının 1/8 final mərhələsində “Beşiktaş”la cavab oyununu da buraxmalı olacaq.

Qeyd edək ki, “Beşiktaş” - “Bavariya” oyunu martın 14-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right