Şenol Güneş: "Ən çox üzüldüyüm şey bu oldu"

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş UEFA Çempionlar Liqasının 1/8 final mərhələsininn ilk oyunu çərçivəsində səfərdə Almaniyanın “Bavariya” klubuna 0:5 hesabı ilə uduzduqları qarşılaşma haqda danışıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli çalışdırıcı komandasının böyük hesablı məğlubiyyəti ilə bağlı bunları dilə gətirib:

"Oynadlğımız oyunlarla haqq etdiyimiz yerə gəlmişik. Bu dəfə isə layiqli oyun göstərmədik. Bizim üçün pis nəticə oldu. Daha yaxşı oynamaq istəyirdik, olmadı. Hücuma çıxmaq istəyərkən top itirmək və ardınca qırmızı vərəqə almaq arzulamadığımız bir şeydir. Hesab nə olursa, olsun, başa-baş mübarizə aparmaq istəsək də, təəssüf ki, istədiklərimiz reallaşmadı. Rəqiblə başa-baş mübarizə apara bilməmək ən çox üzüldüyümüz şey oldu".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right