"Qarabağ" "Çelsi" matçını idarə edəcək hakimlər məlumdu

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ” doğma azarkeşlər önündə İngiltərənin “Çelsi” klubunu qəbul edəcək.

 

Newsport.az xəbər verir ki, matçda söz sahibi prtuqaliyalı hakimlər briqadası olacaq.
 
Görüşün baş hakimi Manuel De Souza olacaq. Ona Alvaro Meskquita və Rikardo Santos kömək edəcəklər. Fabio Verissimo və Luis Migel Branko Qodinyo isə əlavə hakim köməkçiləri funksiyasını yerinə yetirəcək.
 

Qeyd edək ki, noyabrın 22-də Olimpiya stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:00-da başlayacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right