“Qarabağ”a qarşı yaxşı oyun keçirmədik” “Roma”nın futbolçusu

“Qalib gəlmək çox vacib idi. Ancaq biz yaxşı oyun keçirmədik. Buna baxmayaraq, 3 xal bizim oldu. Buna görə məmnun ola bilərik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırarkən “Roma”nın yarımmüdafiəçisi Raca Nainqolan deyib. 

“Roma” Çempinlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə təmsilçimiz “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlib. Oyundan sonra jurnalistlərin suallarını cavablandıran belçikalı yarımmüdafiəçi erkən qol vurmalarının işlərini rahatlaşdırdığını söyləyib:

“Oyuna əla başladıq. Erkən qollar işimizi asanlaşdırdı. Hesabı 3-0 da edə bilərdik. Lakin “Qarabağ” bizi cəzalandırdı. Ancaq istəyimizə çata bildik”.

Nainqqolan istədikləri kimi oynaaqdıqlarını bildirib:

“İstədiyimiz oyunu nümayiş etdirə bilmədik. Meydan şərtlərini və digər amilləri qeyd edə bilərəm. Önümüzə baxmalıyıq və daha yaxşı işlər görməliyik. Bir daha təkrar edirəm ki, 3 xal qazanmaq bizim üçün daha vacib idi. Bəlkə də Bakıya gələndə düşünürdük ki, rahat qalib gələcəyik. Ola bilər ki, nəyisə düzgün qiymətləndirməmişik. Ancaq əhəmiyyətli olan 3 xaldır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right